Kəlbəcər şəhəri İnzibati binası

Sifarişçi:

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs

Kəlbəcər şəhərinin yenidənqurma və inkişaf planına uyğun olaraq layihələndirdiyimiz İnzibati bina 9 960 m² ümumi sahəyə malik olmaqla 3 mərtəbə və zirzəmidən ibarətdir.

Binanın xarici görünüşündə müasir memarlıq elementləri ilə bölgənin təbii gözəlliyi harmonik şəkildə birləşdirilib.

Layihənin əsas məqsədi müxtəlif inzibati strukturları vahid məkanda cəmləşdirərək əhaliyə operativ, rahat və yüksək səviyyədə xidmət göstərməkdir. Bu mərkəzləşdirilmiş struktur həm yerli sakinlərin, həm də qonaqların xidmətlərdən maneəsiz və sürətli yararlanmasını təmin edir.

İnteryerdə geniş iş otaqları, rahat gözləmə zonaları və müasir restoran sahəsi nəzərdə tutulub. Məkanda təbii işıqlandırmadan maksimum istifadə edilməsi fərah atmosfer yaratmaqla yanaşı, enerji effektivliyini artırır. Bu həllər həm vətəndaşların rahatlığını, həm də əməkdaşların daha səmərəli çalışmasını təmin edir.

İnzibati bina ilə yanaşı, ərazidə məhəllədaxili və piyada yolları, həyətdə yerüstü və binanın altında yeraltı dayanacaqlar, yerüstü və yeraltı mühəndis qurğuları, eləcə də bölgənin relyefinə uyğun salınan yaşıl zonalar bir-birinə mane olmayacaq şəkildə planlaşdırılıb.

Həm texniki, həm də estetik baxımdan üstün həlləri ilə seçilən bu bina Kəlbəcər şəhərinin inzibati və sosial həyatında mühüm yer tutacaq.