Zəngilan Yaşayış Kompleksi, sa_partners ilə İsveçrədə görüş

2023-ci ildə İsveçrənin SA Partners şirkəti ilə birlikdə Zəngilan rayonunda iki yaşayış məhəlləsinin layihələndirilməsinə başladıq. Bundan öncə Qarabağda bir neçə işi uğurla təhvil verməyimizdən əlavə, Zəngilan layihələrində xarici əməkdaşlarla birlikdə çalışmağın əhəmiyyəti işğaldan azad edilmiş əraziləri dirçəltməkdən savayı, yerli sakinlərə və layihəçilərə dünya standartlarına uyğun yanaşma ilə formalaşan şəhərsalma və memarlıq həllərini təqdim etmək fürsətindədir.

Layihədə bizim rolumuz qəbul olunmuş yerli tikinti normalara və texniki tapşırığa əsasən, Zəngilanın qəliz landşaft və relyef xüsusiyyətlərini nəzərə alaraq təstiqlənmiş konsepti sahədə tətbiq etmək idi. İsveçrə səyahətimiz ərzində həm şəhər, həm də kənd ərazilərində mövcud şəraitdə insan yönümlü şəhərsalma nümunələri, ekoloji təmiz tikinti materialları, dayanaqlı memarlıq və s. kimi özəllikləri analiz edib, bu cürə yanaşmanı mənimsəyib ölkədaxili layihələrimizi sakinlərin rahatlığı üçün yaxşılaşdırmağa çalışacağıq.