Talış Kənd Qəbiristanlığı

Sifarişçi:

Ağdam Cəbrayıl və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə publik hüquqi şəxs

Layihələndirilən Talış kəndi qəbiristanlığı, ehtiram məkanı kimi formalaşdırılmışdı. Ağdam şəhərindən gələn yol dairəsinə əsasən tərtib edilmiş, miqyas və oriyentasiyası bu prinsiplərə uyğunlaşdırılmışdı.

Məkan monumental, lakin ictimai, lakin özəl, daimi, lakin müvəqqəti kimi xidmət edir. Saytın miqyası və dizaynı əzəmət və ehtiram hissi oyatmaq, qədim şəhərin sakinlərini ya da salmaq, eyni zamanda gümbəzlər formasında açıq hava müzeyi kimi çıxış etmək məqsədi daşıyır.

Talış kənd qəbiristanlığı piyadaların hərəkətinə və təcrübəsinə üstünlük verməlidir. Dizayn aydın yolları, dəqiq müəyyən edilmiş girişləri və ziyarətçiləri bütün sayt boyunca rəvan istiqamətləndirmək üçün intuitiv dövriyyə nümunələrini özündə birləşdirməlidir. Piyadaların rahatlığı, təhlükəsizliyi və əlçatanlığı nəzərə alınmalı, dizaynın düşünən və hörmətli atmosfer yaratmasını təmin etmək lazımdır.

Xatirə və dəfn məkanlarına həsr olunmuş giriş və parkinq meydançaları, hər ikisi eyni istiqamətdə düzülmüşdür. Ziyarətçi hissəsi girişi məkan kimi formalaşdırmaq üçün əsas piyada axınına baxır, digər tərəfdən dəfn mərasimi avtomobilin girişinə icazə vermək və qəbiristanlığı bütövlükdə görmək üçün arxa tərəfdə yerləşir.