Nərimanov Rayon Cümə Məscidi

Sifarişçi:

Bakı Şəhər Əsaslı Təmir ve Tikinti MMC

Məscidin içərisində bərpa və gücləndirmə işləri yerinə yetirilib. Yeni memarlıq üslubu ilə fasad dəyişikləri ilə yanaşı, yeni giriş elementi əlavə olunub. Məscidin təhlükəli vəziyyətdə olan minarələri tamamilə sökülüb və yeni hündürlüyü 29.8 m olmaqla bütün konstruktiv normaları nəzərə alaraq yenidən tikilib.

Ümumi tikinti sahəsi 2600 m², və məscidin sahəsi 1020 m² təşkil edir. 180 m² dəstəmaz otağı, qazanxana və 240 m² həcmli yeraltı yanğın su çənləri əlavə olunub.