Ağdam 4-cü Yaşayış Kompleksi

Sifarişçi:

Ağdam Cəbrayıl və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə publik hüquqi şəxs

Ağdam şəhərində tikiləcək 4-cü multifunksional yaşayış kompleksinin tərkibində təqdim olunan yaşayış binalarında ümumi sahəsi 137 min kvadrat metr təşkil edən 1080, o cümlədən 36 bir otaqlı, 363 iki otaqlı, 484 üç otaqlı, 197 dörd otaqlı mənzil nəzərdə tutulub. Ərazidə 18 ədəd birmərtəbəli qeyri-yaşayış obyekti yerləşəcək. Yeraltı və yerüstü avtodayanacaqlar mövcuddur.

Yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Ərazidaxili yollar, piyada keçidlər və velosiped yolları, rekreasiya zonaları, idman və uşaq oyun meydançaları sakinlərin təhlükəsizlik və rahatlığını nəzərə alaraq layihələndirilib. Kompleksin ərazisində yerləşən qazanxana, yeraltı su rezervuarları və transformatorlar kimi mühəndis qurğular da bizim komandamızın MEP mühəndisləri tərəfindən layihələndirilib.