















Sifarişçi:
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Qubadlı şəhərinin gələcək inkişaf planına uyğun olaraq, 2-ci yaşayış məhəlləsinin inşası üçün 4.78 hektar torpaq sahəsi ayrılmışdır. Layihədə bina və qurğuların ümumi tikinti sahəsi 10 786.86 m² olmaqla, 4 və 5 mərtəbəli 22 çoxmənzilli müasir yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Təxminən 1288 sakinin rahat şəkildə yerləşməsi üçün xüsusi olaraq hazırlanan bu kompleksdə ümumilikdə 322 mənzilin layihələndirilməsi peşəkarlıqla icra olunmuşdur.
Layihələndirilən binalarda sakinlərin həyat konforunu tamamlayan geniş kommersiya (qeyri-yaşayış) sahələri və avtomobillərin təhlükəsiz saxlanılması üçün müasir standartlara cavab verən yeraltı avtodayanacaqlar nəzərdə tutulmuşdur.
Binaların inşasında ekoloji təmizliyi və yüksək istilik izolyasiyası ilə fərqlənən təbii materiallara üstünlük verilmişdir.
Ərazidə yerləşən yollar, piyada keçidləri, velosiped zolaqları, rekreasiya sahələri, idman və uşaq oyun meydançaları sakinlərin təhlükəsizliyi və rahatlığı nəzərə alınaraq layihələndirilmişdir. Yaşayış məhəlləsinin baş planından memarlıq və konstruksiya həllərinə, eləcə də bütün mühəndis sistemlərindən su rezervuarları və transformator stansiyasına qədər hər bir detal komandamızın mütəxəssisləri tərəfindən tam şəkildə layihələndirilmişdir.
