











Sifarişçi:
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
Zəngilan şəhərinin gələcək inkişafını nəzərə alan baş plana əsasən, 2C yaşayış kompleksinin inşası üçün 2.03 hektarlıq ərazi ayrılıb. Layihədə bina və qurğuların ümumi həcmi 18 672,6 m2 olmaqla, 5 ədəd 4 mərtəbəli yaşayış binası və 4 ədəd 4-5 mərtəbəli yaşayış binası nəzərdə tutulmuşdur. Təxminən 584 sakinin rahat şəkildə yerləşməsi üçün xüsusi olaraq hazırlanmış bu yaşayış kompleksində ümumilikdə 146 mənzilin layihələndirilməsi planlaşdırılıb.
Binalarda yaşayış sahələri ilə yanaşı, qeyri-yaşayış məqsədli sahələr də layihəyə daxil edilmişdir.
Layihədə yeraltı avtodayanacaqlar nəzərdə tutulmuşdur.
Yaşayış kompleksindəki binaların inşasında yüksək istilik tutumuna malik təbii materiallardan istifadə olunacaq.
Ərazidə yerləşən yollar, piyada keçidləri, velosiped yolları, rekreasiya sahələri, idman və uşaq oyun meydançaları sakinlərin təhlükəsizliyi və rahatlığı nəzərə alınaraq layihələndirilmişdir. Yaşayış kompleksinin daxilində qazanxana, yeraltı su rezervuarları və transformatorlar kimi mühəndis qurğuları isə komandamızın MEP mühəndisləri tərəfindən layihələndirilir.
