



Sifarişçi:
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
Peşəkar komandamız tərəfindən layihələndirilmiş və ölkəmizdə hər il təşkil olunan Formula1 yarışlarında istifadə üçün nəzərdə tutulmuş “F1 Paddock İnzibati binası” 927.9 m2 sahəsi ilə iki mərtəbədən ibarətdir. Bina müasir dizayna malik olub, komfortlu və funksional iş şəraiti təqdim edir.
Son texnologiyalara uyğun olaraq layihələndirilmiş bu inzibati bina metal konstruksiya sistemi ilə inşa olunub.
Fasadda şüşə divarlar, sendviç panellər, şüşə məhəccər və alüminium karkas elementləri istifadə olunmuşdur. Geniş şüşə səthlər sayəsində gün işığı interyerdə daha yaxşı yayılır, məkan daha açıq və işıqlı görünür.
