













Sifarişçi:
Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə publik hüquqi şəxs
Kəlbəcər şəhərinin inkişaf planına əsasən layihələndirilən 4-cü yaşayış kompleksi üçün ayrılmış ərazi 9.5 ha təşkil edir. Layihədə bina və qurğuların ümumi sahəsi 120 000 m2 olan 26 ədəd yaşayış binası nəzərdə tutulmuşdur. 3200 sakinin yerləşdirilməsi nəzərdə tutulan bu binalarda 807 mənzil layihələndirilmişdir. Binaların yaşayış sahəsi ilə yanaşı qeyri-yaşayış hissəsi də nəzərə alınmışdır.
Layihədə yeraltı və yerüstü avtodayanacaqlar mövcuddur.
Yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
Ərazidaxili yollar, piyada keçidlər və velosiped yolları, rekreasiya zonaları, idman və uşaq oyun meydançaları sakinlərin təhlükəsizlik və rahatlığını nəzərə alaraq layihələndirilməkdədir. Kompleksin ərazisində yerləşən qazanxana, yeraltı su rezervuarları və transformatorlar kimi mühəndis qurğular da bizim komandamızın MEP mühəndisləri tərəfindən layihələndirilməkdədir.
